Səlahət Ağayev əməliyyat olunub

25 oktyabr 2020, 15:00

“Neftçi”nin qapıçısı Səlahət Ağayev dirsək oynağından əməliyyat olunub. Türkiyənin İstanbul şəhərindəki özəl klinikalardan birində aparılmış əməliyyat uğurlu alınıb. Həkimlərin rəyinə görə, gələn həftədən bərpa məşqlərinə başlayacaq futbolçunun 3 həftədən sonra topla hazırlığa start verəcəyi planlaşdırılır.

Səlahət Ağayev əməliyyatla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: “Əməliyyat 3 saat çəkdi və çox yaxşı keçdi. Dünənlə müqayisədə bu gün özümü daha yaxşı hiss edirəm. Sabah növbəti həkim müayinəsindən sonra Bakıya qayıdıb, bərpa məşqlərinə başlayacam”.

Qeyd edək ki, 2017/2018-ci illər mövsümündən etibarən “Neftçi”nin heyətində 67 oyunda meydana çıxan Ağayev bu mövsüm heç bir oyunda forma geyinməyib.