“Neftçi” “Keşlə”ni məğlub etdi

24 oktyabr 2020, 18:00

“Neftçi” Premyer Liqada ardıcıl ikinci qələbəsini qazanıb. Komandamız 7-ci turda “Keşlə”ni 1:0 hesabı ilə məğlub edib. “ASK Arena”da baş tutan görüşdə qələbə qolunu 68-ci dəqiqədə Namik Ələskərov vurub.

“Neftçi”: 30.Aqil Məmədov, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov (3.Mamadu Mbodj, 90+2), 8.Emin Mahmudov (K), 17.Bruno Teluşi, 20.Mert Çelik, 22.Mirabdulla Abbasov (19.Fəhmin Muradbəyli, 87), 24.Yusuf Laval, 26.Ömər Buludov, 29.Sabir Buqrin (10.Saman Nərimancahan, 67), 91.Tallison Dias.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 4.Rener Alves De Souza, 37.Vüsal Əsgərov, 40.Vüqar Həsənov, 45.Əli Mürsəlov, 80.İsmayıl Zülfüqarlı.

Qeyd edək ki, “Neftçi” bu qələbədən sonra 13 xalla 1-ci pilləyə yüksəlib.