“Neftçi-2” heç-heçə etdi

22 oktyabr 2020, 17:00

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Komandamız 3-cü turda MOİK-lə qarşılaşıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan matçda heç-heçə qeydə alınıb – 2:2. Əvəzedicilərdən Elton Əlibəyli (45+3-cü dəqiqə) və Məhəmməd Məhərrəmov (83-cü dəqiqə), ordu təmsilçisindən isə Ülvi Əliyev (3-cü dəqiqə) və Elvin Nəsibov (64-cü dəqiqə) fərqlənib.

Komandamızın üzvü Seymur Əliyev (45+1-ci dəqiqə), həmçinin MOİK-in futbolçuları – Hikmət Verdiyev (45+2-ci dəqiqə) və Xəyal Bədirov (88-ci dəqiqə) qırmızı vərəqə ilə cəzalandırılıblar.

Qeyd edək ki, “Neftçi-2” 3 oyundan 4 xalla 5-ci yeri tutur.