“Neftçi” yoxlama oyununda heç-heçə etdi

11 oktyabr 2020, 18:00

“Neftçi” PFK yoxlama oyunu keçirib. Komandamız “Qəbələ” klubu ilə qarşılaşıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə heç-heçə qeydə alınıb – 2:2. “Ağ-qaralar”ın qollarını Emin Mahmudov (penaltidən) və Rener Alves De Souza vurub. Saman Nərimancahan isə penaltidən istifadə edə bilməyib.

“Neftçi” bu heyətlə mübarizə aparıb: 30.Aqil Məmədov, 3.Mamadu Mbodj (4.Rener Alves De Souza), 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K) (27.Fərid Yusifli), 10.Saman Nərimancahan (37.Vüsal Əsgərov), 24.Yusuf Laval, 29.Sabir Buqrin (19.Fəhmin Muradbəyli), 36.Mamadu Kane, 45.Əli Mürsəlov, 80.İsmayıl Zülfüqarlı, 91.Tallison Dias.

Qeyd edək ki, “Neftçi” Premyer Liqanın 6-cı turunda “Sabah”la qarşılaşacaq. Oktyabrın 18-də “Bakcell Arena”da keçiriləcək oyun saat 14:00-da start götürəcək.