“Neftçi” yoxlama oyunu keçirəcək

10 oktyabr 2020, 19:30

Premyer Liqanın 6-cı turunun “Sabah”la oyununa hazırlaşan “Neftçi” yoxlama matçı keçirəcək. “Qəbələ” ilə “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq görüş oktyabrın 11-i saat 15:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu oktyabrın 18-i saat 14:00-da “Bakcell Arena”da keçiriləcək.