Mirabdulla Abbasov milli komandaya dəvət olundu

4 oktyabr 2020, 22:32

“Neftçi” PFK-nın daha bir futbolçusu – Mirabdulla Abbasov da Azərbaycan milli komandasına dəvət olunub. O, UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 10-u Bakı vaxtı ilə saat 17:00-da səfərdə Monteneqro, ayın 13-ü saat 20:00-da Bakı Olimpiya Stadionunda isə Kipr yığması ilə qarşılaşacaq millinin düşərgəsinə qatılıb.

Xatırladaq ki, bundan əvvəl “Neftçi”nin 2 üzvü – Namik Ələskərov və Anton Krivotsyuk milliyə çağırılmışdı.