Füzuli Məmmədov: “Bir səhv oyunun taleyini həll etdi”
“Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 5-ci turunun “Zirə” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. Məyus olduğunu gizlətməyən mütəxəssis bir səhvin matçın taleyini həll etdiyini deyib:
“Məğlub olduğumuz üçün çox məyusuq. Oyuna nəzarət bizim əlimizdə olsa da, uduzduq. Qalib gəlmək istəyirdik, amma bir səhv oyunun taleyini həll etdi. Bu cür səhv Stankoviç kimi səviyyəli futbolçuya çox pis təsir edib. Mən ona dəstək oldum. Futbolda bəzən belə də olur. Bu bizim ikinci məğlubiyyətimizdir, amma “Sumqayıt”la matçda pis oynamışdıq. Qarşıdakı oyunlarda maksimum xal toplamağa çalışacağıq”.
Baş məşqçinin jurnalistlərin suallarına cavabı belə olub: “Zirə” müdafiədə ağıllı oynayıb səhvə yol vermədi. Belə vəziyyətdə qol vurmaq çətin olur. Düşünmürəm ki, hücum xəttimizdə problem var, sadəcə, rəqib etibarlı müdafiə olundu. Bu gün pis oynamadıq, amma qələbə qazanmaq üçün qol vurmaq lazımdır”.
Tövsiyə olunur
-
“İlk hissədə oyuna nəzarət edirdik, amma ikinci hissənin əvvəllərində qapımızda qol gördük”
A Komanda 21 dekabr 2024, 18:41 -
“Neftçi”dən qollu səfər heç-heçəsi
A Komanda 21 dekabr 2024, 18:13 -
Oyunöncəsi son məşqdən sonra Tovuza yollandıq
A Komanda 20 dekabr 2024, 18:00 -
“Neftçi” üçün seminar
A Komanda 17 dekabr 2024, 16:00