“Neftçi”nin 3 futbolçusu U-21 milli komandasında

2 oktyabr 2020, 16:30

“Neftçi” PFK-nın 3 futbolçusu – Ömər Buludov, Kamran İbrahimov və Mert Çelik 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-i Bakı vaxtı ilə saat 18:30-da səfərdə Slovakiya, ayın 13-ü saat 19:00-da isə səfərdə Gürcüstan yığması ilə qarşılaşacaq.

Komanda bu oyunlara hazırlıq məqsədilə oktyabrın 4-dən etibarən təlim-məşq toplanışında olacaq.