“Zirə” – “Neftçi” matçını Elçin Məsiyev idarə edəcək

2 oktyabr 2020, 12:30

Premyer Liqada 5-ci turun təyinatları açıqlanıb. “Zirə” – “Neftçi” oyununun baş hakimi Elçin Məsiyev olacaq. Ona Pərvin Talıbov və Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək. Hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi isə Rüfət Əmirov olacaq.

Qeyd edək ki, oktyabrın 3-ü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 16:00-da başlanacaq.