Füzuli Məmmədov: “Qalib gəlmək istəsək də, alınmadı”
“Neftçi” PFK-nın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 4-cü turunun “Qəbələ” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. O, komandanı oyuna istədiyi kimi kökləyə bilmədiyini deyib:
“Çalışsaq da, komandanı oyuna istədiyimiz kimi kökləyə bilmədik. “Qəbələ” bizdən daha istəkli idi. Bu, meydanda da görünürdü. Top itkilərimiz çox oldu. Yaxşı hazırlaşa bilməmişdik. Qalib gəlmək istəsək də, alınmadı”.
Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Meydana qələbə qazanmaq üçün çıxmışdıq, amma vaxt çatmadı. Yaxşı oynamadıq. Anton Krivotsyuk çox səhvlər etdi, amma yaxşı futbolçudur. Məsuliyyətli olmalıdır. Zəif oynayacaq, ehtiyatda qalacaq. Prins İbara yorulmuşdu. Hələ tam formasını yığmayıb. İki hücumçu ilə oynaya bilərdik, amma bu halda uduza da bilərdik. Samir Buqrinin məşqlərinə baxacağıq. Son matçlarda zəif oynamışdı, amma belə davam etsə, start heyətində meydana çıxa bilər. Məncə, oyundan-oyuna daha yaxşı çıxış edəcəyik. Bu gün qalib gəlib turnir cədvəlinin lideri ola bilərdik. Bunu futbolçulara da demişdik, sadəcə, tam köklənə bilmədilər. Kim daha yaxşı mübarizə aparsa, o da qələbə qazanacaq. Cəza versək, bu, futbolçuların ziyanına ola bilər. Oyunları analiz edirik, səhvləri göstəririk, amma meydanda səhvlər edirik”.
Tövsiyə olunur
-
“İlk hissədə oyuna nəzarət edirdik, amma ikinci hissənin əvvəllərində qapımızda qol gördük”
A Komanda 21 dekabr 2024, 18:41 -
“Neftçi”dən qollu səfər heç-heçəsi
A Komanda 21 dekabr 2024, 18:13 -
Oyunöncəsi son məşqdən sonra Tovuza yollandıq
A Komanda 20 dekabr 2024, 18:00 -
“Neftçi” üçün seminar
A Komanda 17 dekabr 2024, 16:00