Prins İbara milli komandaya dəvət olundu

25 sentyabr 2020, 20:00

“Neftçi” PFK-nın hücumçusu Prins İbara Konqo milli komandasına dəvət olunub. 24 yaşlı futbolçu oktyabrın 9-da Portuqaliyada baş tutacaq Qambiya – Konqo yoldaşlıq matçında iştirak edəcək heyətə cəlb edilib.

Qeyd edək ki, Prins İbara Konqo milli komandasının heyətində 11 oyun keçirib, 3 qol vurub.