"Neftçi" ilk yoxlama oyununda məğlub oldu

15 yanvar 2020, 21:00

"Neftçi” Türkiyədəki təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib. Komandamız "Emirhan Sports Complex Side”ın stadionunda Polşanın "LKS Lodz” klubuna 0:4 hesabı ilə məğlub olub.

"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 11.Vanqelis Platellas, 15.Saman Nərimancahan, 26.Ömər Buludov, 27.Nabi Silla, 36.Mamadu Kane, 77.Donald Gerye.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 9.Baqali Dabo, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 33.Turan Vəlizadə, 40.Vüqar Həsənov, 55.İbrahim Əliyev, 56.Elton Əlibəyli, 74.Nazim Bağırov, 75.Nihad Qurbanlı, 80.İsmayıl Zülfüqarlı, 93.Soni Mustivar.

Qeyd edək ki, qardaş ölkədə daha iki sınaq matçı keçirməyi planlaşdıran komandamız yanvarın 20-si Ukraynanın "Dinamo” (Kiyev), 24-ü isə "Desna” klubları ilə üz-üzə gələcək.