"Neftçi" Ələkbər Məmmədovun xatirə turnirinin qalibi oldu

13 yanvar 2020, 12:00

U-10 komandamız "Neftçi”nin veteran futbolçusu, SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş turnirin qalibi olub. "Ağ-qaralar” 2010-cu il təvəllüdlü futbolçular arasında keçirilmiş yarışın final matçında "Qarabağ”ı 5:3 hesabı ilə məğlub edərək, kuboka sahib çıxıb. Əli Musazadə het-trikə imza atıb. Komandamızın digər qollarını Yusif Quliyev və Rəşad Şirməmmədli vurublar. Yusif Quliyev 6 qolla turnirin ən məhsuldar futbolçusu olub.

Qeyd edək ki, "Amasiya” İdman Kompleksində təşkil olunmuş, 2 qrupdan ibarət 8 komandanın mübarizə apardığı turnirdə "Neftçi” bunadək "Amasiya” (9:1), ROFM (3:1) və "İrani” (İran, 2:3) komandaları ilə qarşılaşmışdı.