“Qəbələ” ilə oyunun hazırlığı başladı

23 sentyabr 2020, 20:30

“Neftçi” Premyer Liqanın 4-cü turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığına start verib. Komandamızın üzvləri iki günlük fasilədən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.

Qeyd edək ki, sentyabrın 27-si “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 19:00-da başlanacaq.