4 futbolçumuz U-17 milli komandasında

23 sentyabr 2020, 11:46

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçirəcək. Sentyabrın 24-dən 30-dək Bakıda təşkil olunacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 4 üzvü – Fariz Xeyrullayev, Rüfət Abbasov, Ağadadaş Salyanski və Elcan Əbilov dəvət olunub.

Qeyd edək ki, toplanışdan bir gün əvvəl futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər.