“Neftçi” Avropa Liqasında mübarizəni dayandırdı

17 sentyabr 2020, 22:00

“Neftçi” Avropa Liqasında mübarizəni dayandırıb. Komandamız ikinci təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubuna 1:3 hesabı ilə məğlub olub. Bakı Olimpiya Stadionunda keçirilən oyunda “ağ-qaralar”ın qolunu Mamadu Mbodj vurub. Rəqibin heyətində Mbaye Diagne dubla imza atıb. Bir dəfə isə Kristian Luyindama fərqlənib.

“Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov (91.Tallison Dias, 65), 8.Emin Mahmudov (K), 10.Saman Nərimancahan (29.Sabir Buqrin, 70), 13.Prins İbara (22.Mirabdulla Abbasov, 76), 24.Yusuf Laval, 26.Ömər Buludov, 36.Mamadu Kane.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 2.Cabir Əmirli, 4. Rener Alves De Souza, 27.Fərid Yusifli.