“Qalatasaray”la matçın hazırlığı başa çatdı

16 sentyabr 2020, 20:48

“Neftçi” Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Qalatasaray” klubu ilə oyunöncəsi son məşqə çıxıb. Bakı Olimpiya Stadionunda keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Qeyd edək ki, sentyabrın 17-si Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlanacaq.