Fasilə bitdi, məşqə davam

8 sentyabr 2020, 20:30

“Neftçi” Premyer Liqanın 2-ci turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını davam etdirir. Komandamız birgünlük fasilədən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb. Məşqdən əvvəl komanda üzvləri baş məşqçi Füzuli Məmmədovu doğum günü münasibətilə təbrik ediblər.

Qeyd edək ki, sentyabrın 11-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” matçı saat 19:00-da başlanacaq.