“Neftçi Esports” E Milli Liqada 3-cü yeri tutdu

1 sentyabr 2020, 23:45

“Neftçi Esports” E Milli Liqada 3-cü yer uğrunda oyun keçirib. “Ağ-qaralar” “Energetik”lə qarşılaşıb. Komandamız 3:0 (6:3; 7:0; 12:2) hesabı ilə qalib gələrək turnirdə 3-cü yeri tutub.

Qeyd edək ki, qrupda “Qoşqar” (11:1 – 6:1; 5:0), “Ərkivan” (9:1 – 4:1; 5:0) və “Ağsu Siti” (5:3 – 3:0; 2:3) komandalarını məğlub edərək “pley-of”a qrup lideri kimi vəsiqə qazanan “Neftçi Esports” 1/8 finalda “Zirə”yə (2:0 – 9:3; 10:4), 1/4 finalda isə “Qardaşlar”a (2:1 – 0:3, 5:0, 6:1) qalib gəlib, yarımfinalda “Qarabağ”a uduzub (0:2 – 3:7; 3:3; 1:1, 6:6, 4:6).