“Neftçi”nin açıq məşqi olacaq

31 avqust 2020, 17:40

Sentyabrın 11-i “Bakcell Arena”da Premyer Liqanın 2-ci turu çərçivəsində qarşılaşacağı “Sumqayıt”la oyuna hazırlığı davam etdirən “Neftçi” sabah “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxacaq. Saat 18:00-da start götürəcək məşqin ilk 15 dəqiqəsi KİV üçün açıq olacaq. Məşqdən əvvəl, saat 17:30-da baş məşqçi Füzuli Məmmədov media nümayəndələrinin suallarını cavablandıracaq.

İştirak etmək istəyən media nümayəndələrindan saat 17:30-da “Türk Hava Yolları Futbol Mərkəzi”ndə olmağı xahiş edirik.