“Neftçi” AL-in ikinci mərhələsində “Qalatasaray”la qarşılaşacaq

31 avqust 2020, 15:30

Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, “Neftçi” PFK bu mərhələdə Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşacaq. Oyun sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək.