“Neftçi Esports” yarımfinalda uduzdu

29 avqust 2020, 00:50

“Neftçi Esports” E Milli Liqanın 1/2 finalında “Qarabağ”la qarşılaşıb. Komandamız rəqibə 2:0 (7:3; 3:3; 1:1, 6:6, 6:4) hesabı ilə uduzaraq finala yüksələ bilməyib. “Ağ-qaralar” 3-cü yer uğrunda görüşdə sabah keçiriləcək “Energetik” – “AjaxBaku” yarımfinal matçının məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, “Qoşqar” (11:1 – 6:1; 5:0), “Ərkivan” (9:1 – 4:1; 5:0) və “Ağsu Siti” (5:3 – 3:0; 2:3) komandalarını məğlub edərək “pley-of”a qrup lideri kimi vəsiqə qazanmış “Neftçi Esports” 1/8 finalda “Zirə”yə (2:0 – 9:3; 10:4), 1/4 finalda isə “Qardaşlar”a (2:1 – 0:3, 5:0, 6:1) qalib gəlmişdi.