“Neftçi”nin qapıçısı U-21 milli komandasında

27 avqust 2020, 16:00

“Neftçi” PFK-nın qapıçısı Kamran İbrahimov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-si saat 21:00-da “Kapital Bank Arena”da Fransa yığması ilə qarşılaşacaq. Komanda bu oyuna hazırlıq məqsədilə avqustun 28-dən etibarən təlim-məşq toplanışında olacaq.