“Neftçi” növbəti mərhələdə

27 avqust 2020, 22:05

“Neftçi” bu mövsüm Avropa Liqasında ilk oyununu keçirib. Komandamız birinci təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşıb. “Bakcell Arena”da baş tutan görüşdə “ağ-qaralar” 2:1 hesabı ilə qələbə qazanıb. “Neftçi”nin qollarını Sabir Buqrin (66-cı dəqiqə) və Anton Krivotsyuk (88-ci dəqiqə) vurub. “Şkupi”dən isə Dembo Darboe (90+3-cü dəqiqə) fərqlənib. Bununla da flaqman ikinci təsnifat mərhələsinə yüksəlib.