“Səbail”lə oyunu Rauf Cabarov idarə edəcək

20 avqust 2020, 19:00

Premyer Liqanın 1-ci turunda keçiriləcək “Neftçi” – “Səbail” matçının təyinatları açıqlanıb. Oyunun baş hakimi Rauf Cabarov olacaq. Ona Elşad Abdullayev və Namiq Hüseynov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Namiq Bəkirov yerinə yetirəcək. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi isə Maşallah Əhmədov olacaq.

Qeyd edək ki, avqustun 21-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Səbail” oyunu saat 20:30-da başlanacaq.