“Neftçi”nin 5 futbolçusu U-19 milli komandasında

18 avqust 2020, 17:00

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası avqustun 19-dan 26-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesinə “Neftçi” PFK-nın 5 üzvü dəvət olunub. Bunlar Fərid Yusifli, Ramin Tağıyev, Mirəli Əhmədov, Valeh Qəhrəmanlı və Emin İsgəndərlidir.