
“Şkupi” ilə oyuna KİV nümayəndələrinin qeydiyyatı başlandı
“Neftçi” PFK-nın UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində avqustun 27-si saat 20:00-da Şimali Makedoniyanın “Şkupi” klubu ilə “Bakcell Arena”da keçirəcəyi oyuna KİV nümayəndələrinin qeydiyyatı başlanıb. Qarşılaşmaya akkreditasiya almaq istəyən media nümayəndələrindən tələb olunanlar:
1. Ad, soyad
2. Təmsil etdiyi KİV
3. Vəzifə
4. Şəkil
5. 2020/2021 mövsümü üçün nəzərdə tutulan PFL akkreditasiyası
6. Hər bir KİV-dən maksimum 1 nəfər PRESS, 1 nəfər FOTO akkreditasiyası əldə edə bilər.
7. Hər bir telekanal maksimum 1 nəfər müxbir, 1 nəfər operatorla təmsil oluna bilər.
8. Yuxarıda qeyd olunanlar avqustun 24-ü saat 18:00-dək [email protected] e-mail ünvanına göndərilməlidir.
9. [email protected] cavab alanlar qeydiyyatdan keçmiş hesab olunacaqlar.
10. Mətbuat konfransında iştirak etmək istəyən media nümayəndəsi bu istəyini göndərəcəyi e-maildə bildirməlidir. E-mail vasitəsilə təsdiq alan həmin media nümayəndələrinə xüsusi vəsiqə veriləcək və yalnız o şəxslər mətbuat konfransına buraxılacaqlar.
11. Akkreditasiyalar 26.08.2020-ci il saat 12:00-dan etibarən oyunöncəsi mətbuat konfransı başlayanadək veriləcək.
12. Akkreditasiyasız KİV nümayəndələri stadiona buraxılmayacaqlar.
Qeyd edək ki, hazırda davam edən COVİD-19 pandemiyasına və UEFA-nin yeni oyun əsasnaməsinə görə mətbuat konfransına məhdud sayda jurnalist buraxılacaq. Bu addımı atmaq məcburiyyətində qaldığımızı nəzərə alıb, bizi anlayışla qarşılamağınızı xahiş edirik.
Tövsiyə olunur
-
Emin Əfəndi “Neftçi” PFK-nın mətbuat katibi vəzifəsinə təyin olundu
Klub 28 sentyabr 2023, 09:00 -
27 sentyabr – Anım Günüdür
Klub 27 sentyabr 2023, 00:00 -
“Neftçi” PFK-nın yeni strukturu təsdiqlənib
Klub 26 sentyabr 2023, 12:00 -
Vitse-prezident Elnur Eyvazov “Neftçi”dən ayrıldı
Klub 25 sentyabr 2023, 12:42