“Neftçi” yoxlama oyununda qələbə qazandı

14 avqust 2020, 22:15

“Neftçi” PFK hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Komandamız “Qəbələ”  klubu ilə qarşılaşıb. “Bakcell Arena”da baş tutan görüşdə flaqman qələbə qazanıb – 2:1. “Ağ-qaralar”ın qollarını Mamadu Kane və Yusuf Laval vurub. Emin Mahmudov penaltidən istifadə edə bilməyib. Rəqib futbolçu Nikolas Raysel isə məhz 11 metrlik cərimə zərbəsindən sonra fərqlənib.

“Neftçi”: 30.Aqil Məmmədov, 91.Tallison Dias, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 26.Ömər Buludov, 36.Mamadu Kane, 88.Saman Nərimancahan (29.Sabir Buqrin), 8.Emin Mahmudov, 7.Namik Ələskərov (22.Mirabdulla Abbasov), 24.Yusuf Laval (19.Fəhmin Muradbəyli), 28.Stiven Jozef-Monroz (80. İsmayıl Zülfüqarlı).

Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 4.Rener Alves De Souza, 37.Vüsal Əsgərov, 40.Vüqar Həsənov, 72.Əli Mürsəlov.

Qeyd edək ki, “Neftçi” yeni mövsümdə ilk rəsmi oyununu avqustun 21-də keçirəcək. Komandamız Premyer Liqanın 1-ci turu çərçivəsində “Səbail”i qəbul edəcək. Saat 20:30-da start götürəcək görüş “Bakcell Arena”da baş tutacaq. Ayın 27-də isə flaqman UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşacaq. Oyun “Bakcell Arena”da keçiriləcək və saat 20:00-da başlanacaq.