De Byazi “Neftçi”nin məşqində

13 avqust 2020, 20:30

“Neftçi” yeni mövsümün hazırlığını davam etdirir. “Ağ-qaralar”ın bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqini Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byazi köməkçiləri ilə birgə izləyib. İtaliyalı mütəxəssis hazırlıq prosesindən əvvəl və sonra “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov və məşqçilər korpusunun digər üzvləri ilə fikir mübadiləsi də aparıb.