“Neftçi” ilk turda “Səbail”lə qarşılaşacaq

12 avqust 2020, 15:25

Bu gün Premyer Liqada 2020/2021 mövsümünün püşkatma mərasimi keçirilib. AFFA-nın inzibati binasında baş tutan püşkün nəticələrinə görə “Neftçi” PFK ilk turda “Bakcell Arena”da “Səbail” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk turun oyunları avqustun 21-də start götürəcək.