“Neftçi”nin potensial rəqibləri məlum oldu

9 avqust 2020, 23:45

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub. Bunlar Şimali Makedoniyanın “Şkupi”, Albaniyanın “Laçi” və Gürcüstanın “Dinamo” (Batumi) klublarıdır.

Qeyd edək ki, “Neftçi”nin rəqibi Avropa Liqasının I təsnifat mərhələsinin avqustun 10-dakı püşkatma mərasimindən sonra məlum olacaq. Sabah saat 13:30-da “Neftçi TV”dən canlı yayımlanacaq “Neftçi” mediada” verilişinin xüsusi buraxılışında qonaqlar – “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov və futbol meneceri Səbuhi Səfiyarlı püşkatmanı dəyərləndirəcək və komandamızın rəqibini təhlil edəcəklər.