Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür

22 iyul 2020, 10:00

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür. Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında əvəzsiz rolu olub. O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

“Neftçi” PFK bu gün peşə bayramını qeyd edən bütün media nümayəndələrini təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır! Milli Mətbuat və Jurnalistika Gününüz mübarək!