“Neftçi Esports” ardıcıl ikinci qələbə ilə “pley-off”da

24 iyun 2020, 21:43

“Neftçi Esports” E Milli Liqada 2-ci tur oyunlarını keçirib. “Ərkivan” FK ilə birinci görüşdə 4:1 hesabı ilə qalib gələn komandamız cavab matçında rəqibin qapısından 5 cavabsız top keçirib. Bununla da ümumi hesab 9:1 olub.

Qeyd edək ki, “Neftçi Esports”un mübarizə apardığı E qrupunun digər oyununda “Ağsu” komandası “Qoşqar”ı 7:3 hesabı ilə məğlub edib. İlk matçında “Qoşqar”a 11:1 (6:1, 5:0) hesabı ilə qalib gəlmiş komandamız 6 xalla qrup lideridir və artıq pley-of mərhələsinə vəsiqəni təmin edib.