"Neftçi" – "Qəbələ" oyunu canlı yayımlanacaq

11 iyun 2020, 22:00

"Neftçi” – "Qəbələ” oyunu canlı yayımlanacaq. Azarkeşlər iyunun 13-ü saat 19:00-da "Bakcell Arena”da keçiriləcək yoxlama matçını "CBC Sport”dan izləyə bilərlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 14-15-də yaşayış yerini tərk etməklə bağlı qadağa qoyması səbəbindən bu oyun ayın 14-dən 13-ə keçirilib.