“Neftçi” Futbol Akademiyasının 5 məşqçisi ilə əməkdaşlığa son qoyuldu

9 iyun 2020, 16:30

“Neftçi” Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. Baş məşqçilər Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi məşqçilər Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), eləcə də qapıçılar üzrə məşqçi Ramiz Əhmədova növbəti ayın əməkhaqqı ödənilərək, onlarla əməkdaşlığa son qoyulub. Mütəxəssislərə xidmətlərinə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq.