Yunis Hüseynov

  • Keçirdiyi oyunlar:

    1984-1998

  • Doğum tarixi:

    01.02.1965

  • Mövqeyi:

    Sol cinah yarımmüdafiəçisi

  • Vətəndaşlığı:

    Azərbaycan

Ar­dı­cıl 15 il bir ko­man­da­da çı­xış et­mək hər fut­bol­çu­ya nə­sib ol­mur. Həm də “Neft­çi” ki­mi bir klu­bun şə­rə­fi­ni qo­ru­maq... Bu, Yu­nis Hü­sey­no­va qis­mət olub. Fut­bol­çu kar­ye­ra­sı­nın bö­yük his­sə­si­ni “Neft­çi”də ke­çi­rən ya­rım­mü­da­fiə­çi tək­cə Azər­bay­can­da de­yil, keç­miş SSRİ-də də ta­nı­nıb. Onun gü­cü sol aya­ğın­da cəm­ləş­miş­di ki, sağ ayaq top­la iş­lə­mək­də yox, daha çox mey­dan­da hə­rə­kət et­mək­də ona yar­dım­çı olur­du. Yunis so­la­xay ol­du­ğu­na gö­rə ilk il­lə­r­də sol ci­nah ya­rım­mü­da­fiə­çi­si kimi çı­xış edir­di­sə, sonradan təd­ri­cən mey­da­nı­n mər­kə­zi­nə çə­kil­ərək kar­ye­ra­sı­nın bö­yük his­sə­sini mər­kəz ya­rım­mü­da­fiə­çi­si ki­mi oynadı.

Ar­tıq gənc yaş­la­rın­da səs-so­ra­ğı Azər­bay­can­dan kə­nara çı­xan Hü­se­yov SSRİ-nin olim­pi­ya yığ­ma ko­man­da­sı­na cəlb olunurdu. Amma 1988-ci il­də Se­ul­da ke­çi­ri­lən Olim­pia­da­ya yol­la­nan he­yət­dən son anda kə­nar­da sax­lanıldı. Yığ­ma baş­bi­lən­lə­ri “Neft­çi”dən iki fut­bol­çu­nun Seu­la yol­lan­ma­sı­na im­kan ver­mə­di və son­da çem­pi­onluq sevincini olimpiyaçılardan yalnız bir “Neftçi”li – İqor Po­no­mar­yov yaşadı.

Hə­min vaxt­ Mosk­va “Lo­ko­mo­tiv”inə ke­çi­d va­ri­an­tı da cid­di mü­za­ki­rə edi­lən Yu­nis bu ko­man­da ilə məşqə çıxsa da, darıxdığı üçün Bakıya qayıtdı. Hər hal­da, o, SSRİ-də qa­za­na bil­mə­di­yi uğurlara müs­tə­qil­lik dö­nə­min­də “Neft­çi”nin he­yə­tin­də na­il ol­du. 341 oyunda 101 qol vuran yarımmüdafiəçi “ağ-qara” formada Azərbaycan çempionatının (1992, 1996, 1997), kubokunun (1995, 1996), Superkubokunun (1993, 1995) qalibi oldu, Azərbaycanın ən yaxşı futbolçusu (1994, 1998) seçildi.

Hüseynov legioner həyatı yaşaya bilərdi, amma 1992-ci il­də İra­na yol­lansa da, orada qala bilmədi və qı­sa müd­dət­dən son­ra ye­ni­dən “Neft­çi”yə qayıtdı. Flaqmanın liderlərindən sayılan Yunis ka­pi­tanlıq sar­ğısı­nı uzun müd­dət daşıdı. Müstəqil Azərbaycan çempionatlarında “Neftçi”nin ilk qolunu vuraraq adını komandanın tarixinə yazdıran futbolçu ardıcıl 12 oyunda meydanı qolsuz tərk etməyərək rekord müəyyənləşdirdi. Onun “Neft­çi”dən ge­di­şi 1997-ci il­də göz­lə­ni­lirdi, amma ko­man­da­nın iki ye­rə par­ça­lan­ma­sından sonra gənc­ləşdir­mə si­ya­sə­ti apa­rı­ldığı üçün zə­if­lə­yən heyətdə qa­lan az­say­lı təc­rü­bə­li fut­bol­çu­lar­dan bi­ri də Yu­nis Hü­sey­nov ol­du. Bununla belə, o, bir il son­ra fut­bol­da ilk ad­dım­la­rı­nı at­dı­ğı Gən­cə­yə qa­yıt­dı və kay­re­rasın­da so­nun­cu çem­pi­on­lu­ğunu da (1998/99) doğ­ma şə­hə­rin təm­sil­çi­si “Kə­pəz”də qa­zan­dı. 1984-cü il­də - 19 ya­şın­da “Neft­çi”yə gəl­di­yi vaxt­dan pe­şə­kar fut­bol­çu ki­mi çı­xış et­mə­yə baş­la­yan Yu­nis Hü­sey­nov kar­ye­ra­sı­nı do­ğu­lub bo­ya-ba­şa çat­dı­ğı Gən­cə­də bitirdi.