Çingiz İsmayılov

  • Keçirdiyi oyunlar:

    1956-1961

  • Doğum tarixi:

    12.04.1935

  • Mövqeyi:

    Qapıçı

  • Vətəndaşlığı:

    Azərbaycan

Ək­sər fut­bol adam­la­rı­mı­zı mak­si­mum iki amp­lua­da gör­mə­yə adət et­mi­şik. Bir si­ma­nın oyun­çu-məşq­çi və ya oyun­çu-ha­kim, na­dir hal­lar­da isə fut­bol­çu­nun son­ra­dan klub, ya da fe­de­ra­si­ya rəs­mi­si ol­du­ğu­nun şa­hi­di ol­mu­şuq. Am­ma Çin­giz İs­ma­yı­lov elə şəxs­lər­dən sa­yı­lır ki, onun fut­bol fəa­liy­yə­ti çox­şa­xə­li­dir. Sa­hə oyun­çu­su, qa­pı­çı, te­le­vi­zi­ya şərh­çi­si, klub rəisi, son­ra isə fe­de­ra­si­ya rəs­mi­si ki­mi. Öl­kə fut­bo­lu­nun flaq­ma­nı­na xid­mə­ti isə Çin­giz İsmayılov qa­pı­çı ki­mi baş­la­yıb, şərh­çi ki­mi da­vam edib, ko­man­da­nın rəi­si ki­mi ba­şa vu­rub.

                                            

İs­ma­yı­lo­vun fut­bo­la gə­li­şi çox­la­rın­dan fərq­lən­mə­sə də, qa­pı­çı ol­ma­sın­da qə­ri­bə­lik sez­mək olar. To­fiq Bəh­ra­mo­vun mü­əl­lim iş­lə­di­yi or­ta mək­təb­də təh­sil alan Çin­gizin fut­bo­lu seç­mə­sin­də mər­hum re­fe­ri­nin əmə­yi olub. Res­pub­li­ka­da ya­ra­dı­lan ilk fut­bol mək­tə­bi­nə bi­rin­ci qə­bul olu­nan­lar sı­ra­sın­da yer alan Çingizi ora məhz mək­təb­də­ki mü­əl­li­mi apar­mış­dı. İsmayılovun 21 ya­şın­da qa­pı­çı ol­ma­ğa qə­rar ve­rməsinin sə­bəbi var. Ba­kı­xa­nov qə­sə­bə­sin­də həm­ya­şıd­la­rın­dan təş­kil olu­nan ko­man­da­nın qapısını qorumaq istəyən yox idi. Be­lə­də, hər qol­dan son­ra oyun­çu­lar­dan bi­ri çər­çi­və­yə ke­çir­miş. Bun­dan be­zə­rək qa­pı­çı­lı­ğı üzə­ri­nə gö­tü­rən Çin­giz məharəti sayısində elə hə­min il "Neft­çi"yə də­vət olu­nur.

                                                   

Qa­pı­çı­nın "ağ-qa­ra" for­ma­da­kı kar­ye­ra­sı İrə­van­da baş­la­yır. Vik­tor No­vi­ko­vun də­və­tiy­lə ko­man­da­ya cəlb olu­nan gənc "Spar­tak"la mat­çın ikin­ci his­sə­sin­də mey­da­na çı­xır. 1960-cı il­də güc­lü­lər dəs­tə­sin­də də de­büt et­mək im­ka­nı qa­za­nan «pələng» ləqəbli qa­pı­çı 27 ya­şı­na­dək res­pub­li­ka­nın bir nöm­rə­li ko­man­da­sı­nın sı­ra­la­rın­da olur. «Pələng» ləqəbini isə 1957-ci ildə İranda Tehran yığması ilə keçirilən yoldaşlıq oyunundan sonra alır. Həmin görüşdə onun gözəl oyununu ertəsi gün İran mətbuatı işıqlandırır, manşetlərə «Pələng Çingiz» başlıqlı yazılar çıxır.

                                                     

Kar­ye­ra­sı­nın növ­bə­ti beş ili­ni Bakının, sonralar Gəncənin «Dinamo» komandasına sərf edən İs­ma­yı­lov 1969-cu il­də ye­ni­dən "Neft­çi"yə bağ­la­nır. O, «Neftçi» Cəmiyyəti Mərkəzi Şurasının futbol bölməsinin sədri vəzifəsinə təyin olunur. Daha sonra düz 18 il te­le­vi­zi­ya­da şərh­çi ki­mi ça­lı­şan Çin­giz İsmayılov vax­tı­nın ço­xu­nu flaq­ma­nın oyun­la­rın­dan reportaj ha­zır­la­maq­la ke­çi­rir. Hətta bundan ötrü ADU-nun jurnalistika fakültəsini bitirir. Qa­pı­çı ki­mi 6 il, şərh­çi ki­mi 18 il bağ­lı ol­du­ğu klu­ba da­ha ya­xın ol­maq üçün İs­ma­yı­lov te­le­vi­zi­ya­dan get­mə­li olur. 1987-ci il­də flaq­ma­nın rəi­si olan mü­tə­xəs­sis 7 il bu və­zi­fə­də ça­lı­şır. "Neft­çi" - AF­FA mü­na­si­bət­lə­ri­nin kri­tik həd­də çat­dı­ğı 1994-cü il­də İs­ma­yı­lo­vun klub­dan fe­de­ra­si­ya­ya keç­mə­si mü­na­si­bət­lə­rin ilıq­laş­ma­sı­na xid­mət edir­. Bu həm də üç amp­lua­da üst-üs­tə "Neft­çi"yə yarım əsrlik bağ­lı­lı­ğın so­nu ol­ur.