Neftçi-2
24 oktyabr 202616:27

Əvəzedici komandamız sonuncu dəqiqədə məğlubiyyətdən qurtuldu

Əvəzedici komandamız sonuncu dəqiqədə məğlubiyyətdən qurtuldu

“Neftçi” Əvəzedicilər Liqasının 7-ci turunda “Sabah”la heç-heçə edib – 3:3. “Palms Sports” Futbol Mərkəzində baş tutan matçda komandamızın qollarını Adama Diarra (9-cu və 85-ci dəqiqələr) və Məhəmməd Məmmədli (90+4-cü dəqiqə) vurublar. Rəqibin heyətində isə İlkin Cəfərli (29-cu dəqiqə), Ramil Nuraxmedov (60-cı dəqiqə) və Emin Feyzullayev (67-ci dəqiqə) fərqləniblər.

Qeyd edək ki, 7 oyunda 9 xal toplayan “Neftçi” turnir cədvəlində 6-cı yeri tutur.