Premyer Liqada yeni mövsümün hazırlığına başladıq

“Neftçi” Azərbaycan Premyer Liqasında yeni mövsümün hazırlığına start verib. UEFA Konfrans Liqasındakı səfər matçından sonra 3 günlük istirahətə buraxılan komandamızın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında məşqə çıxıblar.
Qeyd edək ki, “ağ-qaralar” 1-ci turda “Sumqayıt”ın qonağı olacaq. İlk turun görüşləri 14-17 tarixlərində keçiriləcək.


















