A Komanda
18 July 202622:15

Mövsüm öncəsi açıq məşq və brifinq

Mövsüm öncəsi açıq məşq və brifinq

“Neftçi” PFK-nın yeni mövsüm öncəsi açıq məşqi keçirilib. “Palms Sports Arena”da azarkeşlərimizin möhtəşəm dəstəyilə baş tutan hazırlıq prosesini media nümayəndələri də izləyiblər.

Məşqdən əvvəl “Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer və baş məşqçi Yuri Vernidubun iştirakı ilə brifinq təşkil olunub.

Qeyd edək ki, komandamız yeni mövsümdə ilk rəsmi oyununu stadionumuzda keçirəcək. UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində, iyulun 22-si saat 20:00-da “Dinamo Minsk”i qəbul edəcəyik.