A Komanda
20 July 202614:30

“Dinamo” ilə oyundan əvvəl mətbuat konfransı və açıq məşq olacaq

“Dinamo” ilə oyundan əvvəl mətbuat konfransı və açıq məşq olacaq

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 22-si saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” (Minsk) oyunundan əvvəl komandamızın baş məşqçisi Yuri Vernidub və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir sabah – iyulun 21-i saat 15:00-da stadionumuzun konfrans zalında başlayacaq və “Neftçi TV” ilə canlı yayımlanacaq.

Saat 18:30-da isə “Palms Sports” Futbol Mərkəzində komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

“Palms Sports Arena”da saat 19:30-da “Dinamo”nun mətbuat konfransı, 20:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Bununla əlaqədar, KİV nümayəndələri üçün avtobus təşkil olunacaq. Avtobus saat 18:50-də “Palms Sports” Futbol Mərkəzindən “Palms Sports Arena”ya yola düşəcək.

Qeydiyyatdan keçmiş media nümayəndələri akkreditasiyalarını sabah saat 14:00-dan 18:00-dək “Palms Sports Arena”da media iş otağından əldə edə bilərlər.