A Komanda
15 August 202621:00

İlk oyunumuzun hazırlığı başa çatdı

İlk oyunumuzun hazırlığı başa çatdı

Misli Premyer Liqasının 1-ci turunda qarşılaşacağımız “Sumqayıt” klubu ilə matçın hazırlığı yekunlaşıb. Komandamızın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

2025/26 mövsümünün “Kəpəz”lə son tur matçında qırmızı vərəqə ilə cəzalandırılmış futbolçumuz İfeanyi Metyu bu görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə “SOCAR Polymer Arena”da keçiriləcək “Sumqayıt” – “Neftçi” oyunu avqustun 16-sı saat 19:00-da başlanacaq.