Ağadadaş Salyanski icarəyə verildi

“Neftçi”nin yetirməsi Ağadadaş Salyanski mövsümün sonunadək icarə əsasında “Araz Naxçıvan”da oynayacaq. Gənc futbolçumuza uğurlar arzulayırıq.
Qeyd edək ki, 2022/23 mövsümündən əsas komandamızın şərəfini qoruyan Ağadadaş Salyanski bu müddət ərzində 50 rəsmi oyun keçirib, 9 qol vurub. O, U-21 milli komandasının heyətində 18 matçda meydana çıxıb, 2 qola imza atıb.





