A Komanda
5 September 202623:18

Doğma meydanda böyükhesablı qələbə!

Doğma meydanda böyükhesablı qələbə!

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 4-cü turda “Şəfa”ya 4:1 hesabı ilə qalib gəlib. “Palms Sports Arena”da baş tutan matçda komandamızın qollarını Rüfət Abbasov (35-ci dəqiqə), Alen Şkribek (64-cü və 66-cı dəqiqələr) və Breno Almeyda (79-cu dəqiqə – penaltidən) vurublar. Rəqibin heyətində isə Murad Musayev (48-ci dəqiqə) fərqlənib.

Qeyd edək ki, “Neftçi” 4 oyundan sonra 9 xal toplayıb.