A Komanda
4 September 202620:00

“Şəfa” ilə oyunöncəsi son məşq

“Şəfa” ilə oyunöncəsi son məşq

Misli Premyer Liqasının 4-cü turunda qarşılaşacağımız “Şəfa” klubu ilə matçın hazırlığı yekunlaşıb. “Ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb.

Futbolçumuz Elvin Bədəlov cəzalı olduğu üçün bu görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Şəfa” matçı sentyabrın 5-i saat 20:30-də başlanacaq.