Yuri Vernidub: “Bu oyunu təhlil edib səhvlərimizdən nəticə çıxarmalı və irəli baxmalıyıq”

“Neftçi” PFK-nın baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının “Zirə” klubu ilə 3-cü tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Bu gün məğlub olduq. Ruhdan düşməməliyik. Bu oyunu təhlil edib səhvlərimizdən nəticə çıxarmalı və irəli baxmalıyıq. Hələ çempionatın əvvəlidir, hər şey qarşıdadır. Təhlükəli epizodlarımız oldu, amma hücumları sonlandırmaq alınmadı. Həm də nəzərə alaq ki, biz 20 dəqiqədən çox müddətdə bir nəfər azlıqda oynadıq. Buna baxmayaraq, dayanmadıq, hücumlarımızı davam etdirdik. Futbolçularımız sonadək səy göstərdilər. İlk hissəyə artırılan son dəqiqədə səhv etdik. Bəlkə də, o qolu buraxmasaydıq, ikinci hissə tam fərqli olacaqdı”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:






