A Komanda
17 May 202620:02

Avrokuboklara vəsiqə qazandıq!

Avrokuboklara vəsiqə qazandıq!

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununa çıxıb. “Ağ-qaralar” 32-ci turda “Sabah”a 2:1 hesabı ilə qalib gəlib. “Bank Respublika Arena”da keçirilən matçda Aleksey İsayev (3-cü dəqiqə) hesabı açsa da, Andrey Ştoqrin (9-cu dəqiqə) və İfeanyi Metyu (70-ci dəqiqə) fərqlənərək komandamıza əzmkar qələbə qazandırıblar.

Bununla da 32 oyunda 56 xal toplayan “Neftçi” turnir cədvəlində 4-cü yeri təmin edərək UEFA Konfrans Liqasına vəsiqə qazanıb.