8 futbolçumuz milli komandalarda!

Azərbaycan milli komandasının heyəti açıqlanıb. Milliyə “Neftçi”nin 6 üzvü – Emin Mahmudov, Emil Balayev, Rüfət Abbasov, Murad Xaçayev, Elvin Bədəlov və Emil Səfərov dəvət olunub.
Milli komandamız sentyabrın 23-ü saat 20:00-da “Palms Sports Arena”da Tacikistan yığması ilə yoldaşlıq oyunu keçirəcək. UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-si Bakı vaxtı ilə saat 17:00-da “Darius and Girėnas” stadionunda Litva ilə qarşılaşacaq millimiz oktyabrın 1-i saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn, oktyabrın 4-ü saat 17:00-da isə “Palms Sports Arena”da Litva yığmasını qəbul edəcək.
Bundan əlavə, Denzel Jubitana Surinam, Lyubomir Tupta isə Slovakiya milli komandasına dəvət alıb.





