Klub
16 September 202612:00

“Neftçi” və “Dübrar” arasında əməkdaşlıq

“Neftçi” və “Dübrar” arasında əməkdaşlıq

“Neftçi” və “Dübrar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Anlaşmaya əsasən, “Dübrar” klubumuzun rəsmi su tərəfdaşı olacaq. Eyni zamanda, şirkətin loqosu komandamızın rəsmi oyun şortlarının arxa hissəsində yer alacaq.

Əməkdaşlıq çərçivəsində “Dübrar” klubun içməli su ilə təminatını həyata keçirəcək. Bununla yanaşı, tərəflər müxtəlif marketinq və kommunikasiya layihələri çərçivəsində birgə fəaliyyət göstərəcəklər.

“Dübrar” 1996-cı ildən təbii bulaq suyunun istehsalı və satışı ilə məşğuldur. Suyun mənbəyi Xızı rayonunun Altıağac qəsəbəsində, Böyük Qafqaz sıra dağlarının cənub-şərq hissəsində, dəniz səviyyəsindən 2205 metr yüksəklikdə yerləşən Dübrar dağ silsiləsindədir.

Ekoloji cəhətdən təmiz ərazidən əldə olunan “Dübrar” suyu təbii mineral maddələrin balanslaşdırılmış nisbətinə malikdir və öz təbii xüsusiyyətlərini qorumaq məqsədilə əlavə kimyəvi emala məruz qalmadan beynəlxalq standartlara uyğun şəkildə qablaşdırılır.