“Neftçi”nin 4 üzvü U-20 milli komandasında

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 21-dək və bu ayın 24-dən oktyabrın 6-dək Qəbələdə təlim-məşq toplanışı keçirəcək. Toplanışın ilk mərhələsinə “Neftçi” PFK-nın 4 üzvü – Pünhan Qasımzadə, Nicat Məhərrəmov, Vüsal Kərimov və Tunar Mehdiyev dəvət alıblar.
U-20 hazırlıq çərçivəsində oktyabrın 3-də Moldovanın, 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Qəbələ şəhər stadionunda baş tutacaq.





